Avqustun 6-da Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib. 

Unikal.org xəbər verir ki, videokonfransda Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mustafayev, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova , YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov,  Kürdəmir rayon Asan Xidmətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri və rayon gəncləri iştirak ediblər.  

Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov , YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov, Kürdəmir rayon gənc mədəniyyət işçilərinin kordinatoru Xəyyam Məlikov və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev mövzu ilə bağlı cıxış ediblər. 

Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı situasiya sürətlə Azərbaycanın xeyrinə dəyişməkdədir. Prezident İlham Əliyevin Ermənistanın işğalçı siyasətinin, bu ölkənin faşizm idologiyasının daşıyıcısı olmasının ifşası istiqamətində həyata keçirdiyi fəaliyyət erməni yalanlarına bütün dünyada zərbə vurmaqdadır. 

Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. 

Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.