İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı 17 976 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 634 yoluxma halı qeydə alınıb və  indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 320 117 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 277 463 nəfər sağalıb.