ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsinə avtomatik silahla girən üç uşaq saxlanılıb.

Unikal.org CBSNEWS-in verdiyi məlumata istinadən xəbər verir ki, Florida ştatında polisdən qaçan 3 uşaq, kürək çantasına yüklənmiş "AK-47" tüfəngi ilə ABŞ Prezidenti Trampın Mar-a-Laqodaki malikanəsinin divarından içəri atlanıb. 

Mühafizəçilər 15 yaşındakı 3 yeniyetməni saxlayıb. 

Faktla bağlı araşdırma aparılır.