Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 950 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər infeksiyadan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 308 min 134, xəstəlikdən ölənlərin sayı isə 46 min 413 nəfərə çatıb.

Son günlər ölkədə yoluxma hallarında artım müşahidə edilir.