Bakıda zəncirvari qəza olub.

Unikal.org-un məlumatına görə, qəza paytaxtın Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan 7 avtomobil toqquşub. Xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb, əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.