Türkiyə Silahlı Qüvvələri son 24 saat ərzində 17 terrorçunu zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 10 gün müddətində Türkiyənin hərbi qüvvələri PKK-nın Suriya qanadı olan YPG-nin 57 yaraqlısını zərərsizləşdirib. Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam etdirilir.