Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

Unikal.org xəbər verir ki, SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov  qafqazinfo-ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib: 

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

21:54

xxx

Hacıqabul rayonunda çöllük ərazidə yerləşən qaz xəttində güclü yanğın başlayıb.

Unikal.org xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.