Evinin həyətyanı sahəsində narkotik becərən Xızı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı X.Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.