ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 243 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində ABŞ-da 58 173 yeni yoluxma qeydə alınıb. 

ABŞ-da indiyədək 4 942 746 nəfər koronavirus infeksiyasına yoluxub, 161 mindən çox xəstə ölüb. ABŞ-da 1,6 milyondan çox insan xəstəlikdən sağalıb.