Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, güllə yarası alan polis vəfat edib.

Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb.

Bundan başqa, 172 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 55 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Etirazçılar Livan Banklar Asosassiyasını binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər.

Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

Etirazçılar həmçinin, Ətraf Mühit Nazirliyinin də binasına daxil olmağa çalışır.

***  20:13

Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına soxulublar.

Unikal.org xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.