Şəkərli diabet - insulin sintezində çatışmazlıq və qan şəkərinin artması səbəbindən maddələr mübadiləsi pozğunluğu nəticəsində yaranan xroniki bir xəstəlikdir.

Unikal.org xəbər verir ki, statistikaya görə, dünyada 300 milyondan çox insan onunla mübarizə aparır. Bu xəstəliklə yaşamaq o qədər də asan deyil, çünki bir çox qida məhdudiyyətləri var. Şəkərli diabeti olanlara nələri yemək olmaz? Bununla bağlı xarici mediada açıqlanan siyahını təqdim edirik:

1. Şəkər, bal. Tərkibində şəkər olan bütün qidalar menyudan xaric edilməlidir. Buraya şokolad, konfet, marmelad, cem və dondurma da daxildir.

2. Tərkibində qarğıdalı olan qidalar, həmçinin popkorn. Bir sözlə, yüksək  glikemik indeksə (bu, müəyyən bir qidanın  qanda  qlükozanın  səviyyəsinə təsir dərəcəsini göstərir) malik olan bütün qidalar.

3. Meyvələr və quru meyvələr. Xoşbəxtlikdən bura bütün meyvələr aid deyil. Amma çoxu - banan, ananas, qarpız, qovun, manqo, xurma, əncir və kişmiş buraya daxildir. Ancaq ümidsiz olmayın, çünki həmişə başqa bir şey seçə bilərsiniz, məsələn, alma və portağalı.

4. Düyü, darı və manna yarması. Onlar da yüksək glikemik indeksə malik. Ümumiyyətlə,  dənli bitkilərdə onun göstəricisi çox yüksəkdir.

5.Tərəvəzlər. Burada söhbət yalnız çuğundur, kartof və balqabaqdan gedir. Bu qidalar qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilir.

6. Alkoqol. Sirr deyil ki, bu içkilərdə çoxlu miqdarda şəkər var. Ona görə, diabet xəstələri üçün qəti şəkildə yolverilməzdir. Bəzən alkoqollu içkilərdə şəkər olmadığı deyilir. Çünki dadı şrin deyil, turş və ya acıdır. Ancaq bir qayda olaraq, bu səhv bir təsəvvürdür - spirtdə kifayət qədər şəkər var.

7.Şirələr və şirin qazlı sular.( e-tibb.az)