Ermənistanda son sutka ərzində daha 225 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 40 410 nəfərə çatıb.

Son sutkada Ermənistanda 6 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 791 nəfər olub. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.