"Qlyukoza" ləqəbi ilə tanınan rusiyalı müğənni Natalya İonova Ukraynadan deportasiya olunub.

Unikl.org xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qlyukoza” işğal olunmuş Krımı ziyarət etdiyinə görə Ukraynaya buraxılmayıb.

Sənətçiyə “Borispol” hava limanında 3 il müddətində ölkə ərazisinə daxil olmağı qadağa ediblər.