Belarusun DTK Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin saytları haker hücumlarına məruz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kompüter hadisələrinə reaksiya verən milli mərkəzdən məlumat veriblər.

"8 avqust 2020-ci il tarixində Belarus Kompüter İnkişafı üzrə Milli Mərkəzinin BY-NET şəbəkəsinin infrastrukturuna DDoS hücumları olub.

Belarus Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin (kgb.gov.by) və Belarus Respublikası Daxili İşlər Nazirliyinin (mvd.gov.by) saytlarının yerləşdiyi sistem hücuma məruz qalıb", - mərkəzin açıqlamasında bildirilib.