Türkiyənin İğdır vilayətində hərbi avtomobil qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində patrul xidməti aparan İğdır 5-ci Sərhəd Alay Komandanlığına aid pikap yoldan çıxaraq aşıb.

Qəza nəticəsində pikapda olan 6 hərbçi yaralanıb.

Yaralılar İğdır Mərkəzi Xəstəxanasına yerləşdirilib.