İsraildə yaşayan soydaşlarımız və bu ölkənin bir sıra vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.

Unikal.org xəbər verir ki, aksiya iştirakçıları Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.

Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. Kütləvi tədbir “Azərbaycan” şüarları ilə davam edib.