Bu ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1026 nəfər olub. Onlardan 325-i həlak olmuş, 701-i isə yaralanmışdır. Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olmuşdur.