İsrailli zərgərlər yüksək qoruyuculuq dərəcəsinə malik unikal tibbi maska hazırlayıblar. 

Unikal.org “Yvel” zinət firmasının sahibi İsaak Leviyə istinadən xəbər verir ki, məmulatın dəyəri 1,5 milyon dollardır.

Maska 18 karatlıq ağ qızıldan hazırlanıb və 3,6 min ağ və qara brilyant daşlarla bəzədilib.

Çəkisi 240 qram olan bu məmulat adi maskadan 100 dəfə ağırdır.

Bu maskanı israilli zərgərlərə ABŞ-da yaşayan çinli biznesmen sifariş verib. İş adamının yeganə tələbi isə onun 2020-ci ilin sonuna qədər hazır olmağı və dünyada ən bahalı maska olmağıdır.