"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo komandasını dəyişmək üzrədir.

Unikal.org xəbər verir ki, 35 yaşlı futbolçunun agenti Jorje Mendeş digər klubların nümayəndələri ilə ilk görüşlərin təşkil edilməsini istəyib.

 Məlumata görə, Kristiano PSJ-yə keçməkdə maraqlıdır. 

Mendeşlə Leonardo arasında artıq danışıqların olduğu bildirilib. Tərəflərin Lissabonda görüşəcəyi gözlənilir.