İran müxtəlif dövlətlərin banklarında dondurulan pul vəsaitlərinin geri qaytarılması istiqamətində addımlar atır.

Unikal.org xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

O bildirib ki, neft satışından əldə edilən pullar sanksiyaların nəticəsi kimi İrana qaytarılmır. Lakin rəsmi Tehran İran xalqına məxsus olan bu pulları ölkəyə qaytarmaq əzmindədir.