Son zamanlar Xalq artisti Naibə Allahverdiyeva “İnstagram” hesabında paylaşdığı fotolarla izləyicilərin qınağına səbəb olub.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Xalq artisti sənət adamlarına qarşı insanlarda yaranan bu qıcığın günahını şou-biznes nümayəndələrində görür. Aktrisa hesab edir ki, yaşı 50-ni ötən sənət adamlarına qarşı “Bunun qatarı gedib” kimi fikirlərin olması heç də doğru deyil.  

“Sənət adamlarına qarşı insanlarda qıcıq məsələsi  son 10-15 ildə daha çox özünü biruzə verir. Bu qıcığı da yaradan şou-biznes nümayəndələri oldu, onlar sənət adamlarını şouya qatmamalı idilər.Yəqin bu bizim mentalitetimizdən irəli gəlir, düşünürük ki, insan 50 yaşına çatıbsa onun həyatı bitməli, o ölməlidir. Bu belə deyil axı. İnsan 50 yaşından  sonra yaşamağa başlayır. Övladımızı böyüydüb boya-başa catdırandan sonra biz özümüzə zaman ayıra bilməli, sağlamlığımızın və gözəlliyimizin qayğısına qalmalıyıq. Bu xüsusəndə qadına və sənət adamına aiddir. Çünki biz daima göz önündəyik. Adi nümunə deyim, saytlarda fotolarda bir az pis görsənəndə insanlar başlayır ağızlarına gələni yazmağa ki, “Ay nə günə düşüb”, “Necə qocalıb”. Əslində elə özləri bizə  “tırka” verir ki, sabah daha gözəl görsənək. Səhnə gözəllik tələb edir, niyə özümə baxmayım? Öz sənətimizdən olanlar bəzən deyir ki “Əşi, bunarın qatarı keçib” Mən özümü ruhən cavan hiss edirəmsə, niyə qatarım keçməlidir ki? Bir tərəfdən də düşünürəm ki, biz sənət adamları hərəkət və davranışlarımıza fikir verməliyik, nə qədər avropalaşırıq desək də bizim mentalitetimiz budur və buna da uymalıyıq”.

Dürrə Həsənova