ABŞ-ın Florida ştatında polis 8 yaşlı bir uşağı qandallamağa çalışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2018-ci ildə baş verib. 

Polis bir şagirdin müəllimini sinəsinə zərbə vurduğu məktəbə çağrılıb. Polislər uşağa onlarla birlikdə həbsxanaya gedəcəyini deyib. Bundan sonra ona nə etdikləri bilinmir.

Bir neçə ay əvvəl öldürülmüş Corc Floydun vəkili Benjamin Kram həmin hadisəni yada salıb. Onun sözlərinə görə, uşaq həqiqətən də qorxutmaq üçün həbsxanaya aparılıb. Uşaq o qədər kiçik olub ki, qandallar əllərindən düşüb.