Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb. 

Unikal.org  "worldometers"ə istinadənxəbər verir ki,  bununla ABŞ-da koronavirusdan ölənlərin sayı 166 273 nəfərə çatıb.

Bildirilib ki, son sutkada ölkədə koronavirusa 52 708 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 5 253 765-ə çatıb. 

Xəstəlikdən sağalanların sayı isə 2 717 000 nəfərdir. 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.