Aprel ayında koronvirusa yoluxan Hollivud ulduzu Alissa Milano sağaldıqdan sonra saçlarının töküldüyünü bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Alissa Milano bu barədə video çəkərək pərəstişkarları ilə bölüşüb.

Videoda Alissa koronavirusun siptomlarının uzun müddət davam etdiyini bildirib.

“Hamıya salam. Koronavirus xəstəliyindən saçlarımın necə tökdüyünü sizə göstərmək istəyirəm”, - deyən Hollivud ulduzu saçlarını darayıb, tökülən saçlarını pərəstişkarlarına göstərib.

Koronavirusdan sağalanların 65 faizinin saç tökülməsindən əziyyət çəkdiyini vurğulayan Alissa sonda “Maskalarınızı taxın” deyə çağırış edib.