Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb. 

Unikal.org xəbər verir ki, bu barədə İ.Hümbətov özü "Facebook" səhifəsində paylaşım edib. 

O, paylaşımında 2000-ci ildən müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurduğunu qeyd edib.