Belarus milisi ölkədə keçirilən prezident seçkilərindən sonra baş qaldıran mitinqdə saxlanılanları dizləri üstə çökdürərək dəyənəklə döyüb.

Unikal.org xəbər verir ki, görüntülər “TUT.BY” nəşri tərəfindən yayılıb.

Şahidlərin sözlərinə əsasən,  mitinq iştirakçıları Minskin Oktyabr DİRİ-nin həyətində döyülüblər. 

Video avqustun 10-da Fabritsius küçəsində, milis bölməsinin yanında yerləşən evin balkonundan çəkilib.