İspaniyanın “Barselona” futbol klubunun bir oyunçusunda koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, doqquz futbolçu test verib, bunlardan birinin testi pozitiv çıxıb. “Barselona”nın rəsmi saytı həmin futbolçunun adını açıqlamasa da, onda simptomların olmadığını, özünü yaxşı hiss etdiyini və evdə karantinə alındığını bildirib.

Həmin futbolçunun sabah Portuqaliyanın paytaxtı Lissabonda UEFA Çempionlar Liqası çərçivəsində “Bayern”lə qarşılaşacaq “Barselona”nın əsas komandası ilə təmasda olmadığı açıqlanıb.