Kürdəmir rayon polis şöbəsində kadr dəyişikliyi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən baş leytenant Zamiq Hökmulla oğlu Ağayev Kürdəmir rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, baş leytenant Zamiq Ağayev bu vəzifədən oncə Kürdəmir RPŞ-nin DYP bölməsinin baş inspektoru vəzifəsində çalışırdı.