Hindistanın cənubundakı Banqalor şəhəri yaxınlığında avtobus yanıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqlar da var.

Hadisə zamanı avtobusda 32 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, yanğın avtobusun mühərrikində qısaqapanma nəticəsində baş verib. Avtobusun sürücüsü hadisə yerindən uzaqlaşıb.