Rusiyada son sutka ərzində daha 5 057 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 907 758 nəfərə çatıb.

Son sutka ərzində 124 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 384 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.