Məşhur türk müğənnisi Ajda Pekkan illərdir satışa çıxardığı villasını sata bilmir.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bahçeliköydəki 39 milyon TL (9 mly AZN) dəyərində olan villasını 46 milyon TL-yə (10,7 mly AZN) satmaq istəyib. Amma müğəninin bu istəyi arzulanan nəticəni vermədiyi üçün Ajda Pekkan yenidən qiymətlərdə endirim etməli olub.  

Hazırda türkiyəli məşhur həmin villanı 38 milyon TL (8,8 mly AZN) dəyərində satışa qoyub.