Şimali Koreyada baş verən daşqınlardan sonra Yonben mahalında yerləşən nüvə obyektinə qoşulmuş nasos stansiyalarına zərər dəydiyi təsdiq edilib. 

Unikal.org xəbər verir ki, bu barədə Şimali Koreya ilə əlaqədar xəbərləri dərc edən “38 North” agentliyi məlumat yayıb. Sözü gedən nasos stansiyalarının peyk görüntüləri yayılıb. 

Görüntüləri təhlil edən mütəxəssislər nüvə obyektinə qoşulmuş iki nasos stansiyasının su altında qaldığını iddia edirlər.