Xəbər verdiyimiz kimi, Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaydığı məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

Məsələ ilə bağlı, taekvondo üzrə dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Unikal.org-a açıqlama verib. 

Federasiya rəsmisi bildirib ki, AMADA-dan onlara heç bir məlunat daxil olmayıb: "Ramin Əzizovdan iki dəfə test götürdülər. Sonra bizə bildirdilər ki, Federasiyaya nəticə barədə rəsmi məlumat daxil olacaq. Amma bizə heç bir məlumat daxil olmayıb".
Aygün İlqarqızı