Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın baş naziri Angela Merkel arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, telefon danışğında Aralıq dənizinin şərqindəki vəziyyət başda olmaqla regional məsələlər müzakirə olunub.

Türkiyə lideri Aralıq dənizinin şərqindəki problemlərin beynəlxalq hüquq və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.