Mesut Özil haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, "Fənərbağça"nın da transfer gündəmində yer alan türk əsilli alman futbolçu gələn sezon müqaviləsi bitənə qədər "Arsenal" klubunda qalacağını bildirib: "Mənim mövqeyim dəyişməzdir, müqaviləm bitənə qədər klubumda qalmaq və klubumun uğurları üçün əlimdən gələni etmək istəyirəm".

Xatırladaq ki, Özilin klubu ilə müqaviləsi gələn ilin yazına qədər qüvvədədir.