Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.

Hərəkətə olan “Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.