Türkiyəli aktyor Ozan Güvən rol aldığı “Babil” serialından ayrılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Ay Yapım” şirkəti məlumat yayıb.

Bildirilib ki, aktyor öz istəyi ilə məhkəmə prosesi başa çatana qədər fəaliyyətinə fasilə verib.

Qeyd edək ki, Ozan Güvən sevgilisi Dəniz Bulutsuza şiddət göstərərək məhkəməlik olub. Onun 13 ilə qədər həbsi tələb olunur.