Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Unikal.org  "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 957 min 596, pandemiya qurbanlarının sayı isə 750 min 113 nəfərə çatıb.

İndiyədək 13 milyon 806 min 676 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.