Böyük Britaniyada qapıları bağlı olan avtomobildə qalan iti xilas etmək üçün nəqliyyat vasitəsinin şüşələri sındırılıb.

Unikal.org DHA-ya istinadən xəbər verir ki,  ətrafda yaşayan sakinlərin avtomobilin sahibini tapmaq cəhdləri nəticə verməyib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları ağır çəkic vasitəsilə avtomobilin şüşələrini qıraraq heyvanı xilas ediblər.