"Fənərbaxça" klubunda 2 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bir futbolçu və klubun bir əməkdaşının koronavirus testinin nəticəsi pozitiv çıxıb. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıb və müayinələrinə başlanılıb.

Qeyd edək ki, "Ankaragücü"də də baza işçilərindən birinin koronavirusa yoluxduğu açıqlanıb.