Saatlı rayonunun Bəylər kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb.

Fövqəladə hallar nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.