Məşhur türk aktyor-şoumeni Mehmet Əli Ərbil sonunda sevdiklərinə qovuşdu.

Unikal.org xəbər verir ki, bu barədə aktyorun qızı Yasmin Ərbil “Instagram” hesabında paylaşım edib. 40 gündür xəstəxanada müalicə alan şoumen bundan sonra müalicəsini evində davam etdirəcək.

Qeyd edək ki, Ərbil dünyada sadəcə 79 insanda olan qaçış sindromu xəstəliyindən əziyyət çəkir.