Ermənistanda son sutkada daha 276 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 299 nəfərə çatıb. Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 814 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 34 164 nəfərdir.