Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var.

Unikal.org-a verilən məlumatına görə, bunu 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb: "Bir məqamı da qeyd etmək istərdim ki, qeydiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq”.