Magistratura səviyyəsində təhsil alan tələbələrin köçürülməsi qaydası açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında yer alıb.

Məlumata görə, magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.