Duz səpmə hərəkəti ilə bir fenomenə çevrilən Nüsrət Gökçə, keçən il Mikonosda idman etdiyi zaman pərəstişkarlarının böyük marağına səbəb olan 10 kq-lıq daşı İstanbula gətirib. 

Unikal.org xəbər verir ki, restoranın pəncərəsində şüşənin içərisində saxladığı daşı hərraca çıxaran Nüsrət ona 1 milyon dollar qiymət qoyub. Daha sonra həmin daşa qızıldan örtük taxan məşhur fenomen qiyməti 2 qat artıraraq 2 milyon dollar edib. 

Nüsrət “Instaqram” hesabından qızılla boyadığı daşla çəkdirdiyi fotolarını paylaşıb.