Caviar şirkəti "Apple"ın 19 unikal smartfon modelini satmağı planlaşdırır.

Unikal.org xəbər verir ki,  Caviar yeni iPhone 12 Pro smartfonunun konsept variasiyasını göstərib. Smartfon SpaceX şirkətinin qurucusu "Elon Musk"a həsr olunub.

"Musk be on Mars" kimi şüarı ilə buraxılacaq smartfon SpaceX raketi ilə astronavtların Beynəlxalq Kosmik Stansiyaya uğurla göndərilməsi şərəfinə hazırlanıb. Premium qacetin arxa hissəsində SpaceX Crew Dragon raketi təsvir olunub. Bununla yanaşı, təsvirdə "Musk"ın imzası da yer alıb.

Qeyd edək ki, iPhone 12 Pro Mars Edition smartfonunu 4990 ABŞ dolları dəyərində satılacaq, "Pro Max"ın qiyməti isə 5450 ABŞ dollarıdır.