Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.