Bu gün Çempionlar Liqasının son 1/4 final oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, Portuqaliyadakı "Joze Alvalade" stadionunda oynanılacaq matçda "Mançester Siti" "Lion"la üz-üzə gələcək.

Cütün qalibi yarımfinal mərhələsində "Bavariya" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Bavariya" ilə yanaşı əvvəlki PSJ və "Leyptsiq" də yarımfinala vəsiqə qazanıb.

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)