Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Mustafayev Elman Əsgər oğlu avtomobilini park edən qonşusu ilə 

mübahisə edib. E.Mustafayev qonşusuna küçədə düzgün parklama etmədiyi üçün irad tutub. Onlar arasında dava düşüb. Dava zamanı E.Mustafayev bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.